Diaspor Komitəsinin sədri Almaniyada yaşayan azərbaycanlılarla görüşdü — FOTOLAR

SOSİAL
17:51 20.09.2021
200
Münhen şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə icma üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Demokrat.az-a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını bildirib, Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və "Azərbaycan evləri"nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı "Azərbaycan evləri"nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, Dövlət Komitəsi tərəfindən nəşr olunan "Azərbaycan dili" dərsliyi, diaspor nümayəndələrinin Şuşa səfəri və diaspor gəncləri üçün yay düşərgələrindən də söz açılıb.

Daha sonra Münhen "Azərbaycan Evi"nin rəhbəri Səttar Kərimov, Köln "Azərbaycan Evi"nin sədr müavini Altay Rüstəmov və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev hesabat xarakterli çıxış edərək, Vətən Müharibəsi dövründə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Çıxışlardan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və "Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb, 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı iş planı təsdiqlənib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - Müdafiə Nazirliyindən açıqlama