Dikdaban ayaqqabı hansı xəstəliyi yaradır? - SAĞLAMLIQ

Dikdaban ayaqqabı hansı xəstəliyi yaradır? - SAĞLAMLIQ
MARAQLI
00:49 25.01.2012
3962

AZXEBER.COM-un "Ekspress" qəzetinə istinadən verdiyi xəbərə görə, amerikalı həkim Morris Morin hündürdaban ayaqqabılar mövzusunda danışarkən bildirir ki, dikdaban ayaqqabılar uzun müddət istifadə edildiyində müəyyən fəsadlara yol aça bilir. Xüsusilə topuq və dizlərdə ağrılar yaradır ki, bu da qadınlarda psixoloji problemlərə gətirib çıxarır. Qadınların 42 faizi hündürdaban ayaqqabılardan ağrı hiss etsələr də, gözəl görünmək istədikləri üçün ondan imtina etmirlər. Bəs hündürdaban ayaqqabı seçərkən nəyə diqqət vermək lazımdır? Modelyer Nərmin Əliyarlının sözlərinə görə, qadınlar hündürdaban ayaqqabı seçərkən, ayaqlarının quruluşunu nəzərə almalıdırlar. Belə ki, ayağın quruluşuna uyğun olmayan hündürdaban ayaqqabılar ayaqların ağrımasına səbəb ola bilər. Ayaqqabının çox möhkəm və ya geniş olması da ayağın burxulması riskini artırır. "Hündürdaban ayaqqabı geyinilən zaman bədənin bütün ağırlığı topuqların üzərinə düşür. Topuqlar bütün bədənin ağırlığını çəkməli olur. Bu tərz ayaqqabılar, ayaqda barmağın üzərində şişlər (döyənək) yaradır. Zaman keçdikcə bərkiyən şişlər bütün barmaqlarda əmələ gəlir. Bu da barmaqların formasını dəyişdirir". Ekspertlərin fikrincə, hündürdaban ayaqqabıların əmələ gətirdiyi ağrı və şişlər yaş keçdikcə daha da təhlükəli olur. Belə ki, 20-30 yaşlarında hündürdaban ayaqqabılar sağlamlıq üçün o qədər təhlükəli olmasa da, 40-50 yaşlarında bu daha təhlükəli olur. Çünki yaş artdıqca, ayaqları qoruyan yağların meydana gəlməsi prosesi zəifləyir və azalır. Bütün bunlara baxmayaraq, hündürdaban ayaqqabıdan imtina edə bilməyən xanımlar ayaqqabı seçərkən, ayaqqabının iç rahatlığına diqqət yetirməlidirlər. Ayaqqabının içi silikon olduğu zaman ayaqları sürüşmə və burxulma riskindən qoruyur. Hündürdaban ayaqqabı seçərkən qalın dabanlı ayaqqabılara üstünlük vermək lazımdır. Qalın dabanlı ayaqqabı ağırlığı üzərində daha rahat daşıyır. Hündürdaban ayaqqabılar qısamüddətli ağrılar verməklə yanaşı, uzun müddət geyildiyində sağlamlığa da zərər verir. Belə ki, ayaqlarda sümük çıxıntıları, ciddi döyənəklər və dırnaq problemləri ilə yanaşı, damar problemləri də yarana bilər. Travmatoloqİlyas Əliyevin sözlərinə görə, uzun müddət geyinilən iti burunlu və dikdaban ayaqqabılar ayaqların formasını poza bilər. "Dar, uzun burunlu və dikdaban ayaqqabılar uzun müddət geyildiyi zaman barmaqların şəkli tamamilə dəyişir, ayaqlarda əyriliklər yaranır. Bu əyriliklər zaman keçdikcə özünü daha çox büruzə verir. Belə ki, ayaqlar elə bir vəziyyətə düşə bilər ki, bir müddət sonra ayaqqabı geyinən zaman ayaqlarda ağrılar baş qaldıra bilər". Hündürdaban ayaqqabılar uzun müddət geyinildikdə ayaqlarda damarların çıxmasına və güclü ağrıların baş qaldırmasına da səbəb olur. "Bədənin bütün ağırlığı ayaqlara düşdüyü üçün ayaqların baldır hissəsində kapilyar partlamasına da rast gəlinə bilər. Bundan əlavə, bütün günü hündürdaban ayaqqabı üzərində keçirmək ayaqların şişməsinə də səbəb olur". Həkimin bildirdiyinə görə, hündürdaban ayaqqabının ayaqlara verdiyi ağrılar əsəb pozuntusuna yol açır. "Belə xanımlar daim əsəbi olur, bütün fikirləri ayaqlarında olduğu üçün ətrafa çox fikir vermirlər. Hündürdaban ayaqqabı geyinən xanımlarla münasibət qurmaq da çətin olur. Çünki onlar səmimi ola bilmirlər. Onların hər yerdə fikri yalnız ağrıların yanında olur". Həmsöhbətimin dediyinə görə, bəzi gənc xanımlar daha erkən yaşlarında hündürdaban ayaqqabılara üstünlük verirlər. Bu da öz növbəsində ayaqların əyilməsinə səbəb olur. "16-17 yaşlı xanımlar hündürdaban ayaqqabılar geyindiyi zaman onların ayaqları əyilir. Gənclərin sümükləri daha zərif olduğu üçün rahat olmayan ayaqqabı tez bir zamanda ayaqların estetik görünüşünü dəyişir. Gənc xanımlarda çox zaman sümük əyilmələri ilə yanaşı, əzələ çıxıntıları da özünü göstərir". Həkim belə problemlərin olmaması üçün xanımlara 20 yaşından sonra hündürdaban ayaqqabı geyinməyi məsləhət görür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
15:53 04.11.2026
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı
15:52 04.11.2026
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı