DİN-dən növbəti “Vulkan” açıqlaması

DİN-dən növbəti “Vulkan” açıqlaması
Bütün Xəbərlər
17:06 24.11.2014
1883
Asim Ağamalıyev tutuldu.
Daxili İşlər Nazirliyi (DİN) “Vulkan” otelində baş verən hadisə ilə bağlı növbəti dəfə məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.
Qeyd edək ki, DİN-in “Vulkan” otelində baş verən hadisə ilə bağlı noyabrın 21-də yaydığı məlumatda noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürovanın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “Vulkan” otelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi.
Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR