Din xadimi möminlərə moizəni planşetlə oxudu - FOTO
Bütün Xəbərlər
09:43 05.01.2013
1425
Türkiyənin Antalya şəhərindəki “İldırım Bəyazid” məscisdinin din xadimi Şenel Kara möminlərə moizə oxuyanda texnikanın bütün imkanlarından istifadə edir. Türkiyə mətbuatının xəbərinə görə, moizəni planşetdən oxuyan din xadimi oxuduqlarını eyni vaxtda böyük ekranda möminlərə də nümayiş etdirir. Məlumata görə, Şenel Kara ilk dəfə bu sistemi iştirak etdiyi valideyn iclasında görüb və bunu məsciddə də tətbiq ettməyi qərara alıb. Müftilikdən lazımi icazəni alan din xadimi öz vəsaiti hesabına məsciddə bu sistemi qurub.