Dini Komitədə ‘yarpaq tökümü’ - İDDİA

Dini Komitədə ‘yarpaq tökümü’ - İDDİA
Bütün Xəbərlər
10:51 07.09.2012
1628

Hidayət Orucovun kadrları Elşad İsgəndərovu niyə tərk edir? Bir müddət öncə mətbuatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iki vəzifəli şəxsi tutduğu postdan istefa verməsi ilə bağlı məlumatlar yayılmışdı. Mətbuatda yayılan məlumatlarda istefa verənlər arasında Aparat rəhbəri, Ümumi şöbənin müdiri Səfalı Nəzərli, digəri isə Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarovun adları olub. Müxalifyönümlü mətbu orqanlardan biri bunun Elşad İskəndərovla bağlı olmadığını sübut etməyə çalışsa da, komitə işçiləri iki məmurun məhz Elşad İskəndərovun sözüylə işdən azad olunduğunu deyiblər. Həmin şəxslərin dediyinə görə, həmin mətbu orqanda yayımlanan yazı sifarişli olub və birbaşa Elşad İskəndərovun razılığı ilə mətbuatda yayımlanıb. 2007-ci ildən DQİDK-də çalışan Səfalı Nəzərlinin və Elçin Cabbarovun vəzifədən ayrılması komitədə narazılğı artırıb. Təcrübəli işçilərin vəzifədən uzaqlaşdırılması Hidayət Orucovun kadrlarını ciddi narahat edib və komitəyə yeni təyin olunan şəxslər həmin adamların da işdən çıxarılacağını deyib. Özəl mənbələrdən AZXEBER.COM-a verilən məlumata görə, istefalar və işdən azad edilmələr komitədə Elşad İsgəndərova qarşı inamsızlıq yaradıb. Mənbə həmçinin qeyd edib ki, yaxın zamanlarda daha bir neçə nəfər komitədən uzaqlaşdırılacaq. Məlumat üçün bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırki sədri Elşad İskəndərov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi vəzifəsini daşımaqla yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı da olub. İddialarla bağlı qarşı tərəfin də fikirlərini portalda yayımlamağa hazırıq.

OXŞAR XƏBƏRLƏR