Saxta diplom satan tutuldu. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Şakir Allahverdiyev, Aynurə Şükürovanın adına tərtib edilən Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu 8000 dollara satarkən tutulub. AZXEBER.COM DİN-nin saytına istinadən xəbər verir ki, Ş. Allahverdiyevdən 1 ədəd yazılmamış diplom aşkar edilərək götürülüb.