Diqqət! "Facebook" və "Twitter" qadağan olundu

Diqqət! "Facebook" və "Twitter" qadağan olundu
Bütün Xəbərlər
09:30 07.06.2011
1960
Fransa AudioViziya Şurası bu məşhur sosial şəbəkələrin adının efirdən səsləndirilməsini "gizli reklam" hesab edib. Şuranın qərarına görə, istisnaya yalnız verilişin mövzusu bu sosial şəbəkələr olduğu halda yol verilə bilər. Fransa AudioViziya Şurasının mayın 27-də verdiyi qərara görə, konkret internet-xidmətlərin adlarının efirdə çəkilməsi ölkədə 1992-ci ildən qüvvədə olan "gizli reklamın qadağan olunmasına dair qanuna" ziddir.

Şuranın mətbuat katibi Kristin Kellinin sözlərinə görə, "Facebook" kimi internet nəhənginin adının efirdə çəkilməsi onsuz da milyardlarla dollar dəyəri olan sosial şəbəkəyə əlavə üstünlük qazandıra bilər, çox sayda kiçik sosial şəbəkələr isə tanınmıq uğrunda mübarizə aparır.

OXŞAR XƏBƏRLƏR