Diqqət! Azərbaycanda məcburi köçkünlərə torpaq veriləcək

Diqqət! Azərbaycanda məcburi köçkünlərə torpaq veriləcək
Bütün Xəbərlər
11:54 03.09.2012
1405
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonu, Qobu bələdiyyəsinin mülkiyyətində olan 180 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilib.
APA-nın xəbərinə görə, bu barədə baş nazir Artur Rasizadə sərəncam imzalayıb.Sərəncama əsasən, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Abşeron rayonu, Qobu bələdiyyəsinin Abşeron Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilib.
OXŞAR XƏBƏRLƏR