Direktorlara 8 Martla bağlı - XƏBƏRDARLIQ

Direktorlara 8 Martla bağlı - XƏBƏRDARLIQ
SOSİAL
16:14 27.02.2025
1396
Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova və məktəb direktorları iştirak ediblər.

Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PİSA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.

MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.   

Agentliyin sektor müdiri Fidan Nəcəfova ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində fəaliyyətə başlayan "Rəqəmsal məktəb” platformasının əhəmiyyəti barədə danışıb. Sektor müdiri PİSA 2025 beynəlxalq şagird qiymətləndirmə tədqiqatında uğurlu nəticələrin əldə olunmasında məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrdən söz açıb, IV-VI siniflər üzrə monitorinqlərin təşkili ilə bağlı bəzi məqamları diqqətə çatdırıb.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul,  məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi