Dönər almaq üçün yolu keçən gənci avtomobil vurub öldürdü

Dönər almaq üçün yolu keçən gənci avtomobil vurub öldürdü
SOSİAL
00:50 23.11.2026
63
Bakıda 27 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində, 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayev yolu qarşıya keçmək istəyən zaman avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum öz avtomobilini yolun kənarında saxlayıb dönər almaq üçün yolu qarşı tərəfə keçmək istəyib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR