Doğu Akdeniz Universitetinin rəsmi nümayəndəsi ölkəmizdə səfərdədir

Doğu Akdeniz Universitetinin rəsmi nümayəndəsi ölkəmizdə səfərdədir
GƏNCLİK
13:48 07.12.2010
2444

Səfər Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) əməkdaşlıq haqda anlaşma memarandumu çərçivəsində həyata keçirilib. Səfərin məqsədi  Azərbaycan Respublikası təhsil sistemi ilə yaxından tanış olmaq və Doğu Akdeniz Universitetinin AzərbaycanQ Respublikasındakı rəsmi nümayəndəsi olan Azərbaycan Tələbələr Birliyi ilə gələcək iş strategiyasını müzakirə etməkdir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi, dövlət universitetləri və məktəbləri, eləcə də özəl məktəblərdə görüşlər  nəzərdə tututub.
6 dekabr 2010-cu il tarixində Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) əməkdaşlığı çərçivəsində rəsmi təqdimat keçirilib. Təqdimatda 70-dən çox tələbə və müəllim heyətinin iştirakı ilə Doğu Akdeniz Universitetində (Eastern Mediterrania University) təhsil perspektivləri mövzusunda müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR