“Kavkazcenter.com” internet saytında yayımlanan videoda hücumu Toxu Umarovun başçılıq etdiyi “Qafqaz Əmrliyi” adlı çeçen qrupunun reallaşdırıldığı bldirilir. 36 nəfərin ölümü, 100-dən çox adamın da yaralandığı bombalı hücumu Toxu Umarov belə izah edib: “Yanvarın 24-də baş verən hücum mənim əmrimlə edildi. Başqa hücumlar da reallaşacaq. Yüzlərlə qardaşımız özünü qurban etməyə hazırdır. İstədiyimiz zaman, istədiyimiz əməliyyatı edə bilərik”. Umarov, 2011-ci ilin Rusiya üçün "qan və gözyaşı" ili olacağını da qeyd edib.
Xatırladaq ki, “Əbu Osman” ləqəbiylə tanınan Umarov, Moskva Metrosunda 2010-cu ilin martında keçirilən və 40 nəfərin ölümüylə nəticələnən bombalı hücumu da boynuna götürmüşdü.
İnternet saytının səlahiyyətliləri, videonun dünən əllərinə çatdığını, görüntülərin harada və nə vaxt çəkildiyini bilmədiklərini açıqlayıblar.
Qeyd edək ki, Rusiya Baş naziri Vladimir Putin, Domodedovo hava limanındakı hücumun Çeçenistan ilə əlaqəsinin olmadığını demişdi