Aramsız yağan qar nəticəsində ölkənin 81 regionunun yolları bağlanı
Rumıniyada son günlər aramsız yağan qar və çovğunlu hava şəraiti nəticəsində 81 regionun yolları bağlanıb, 31 kənd təcrid edilib. Bunlardan 30-u Vrancea regionunda yerləşir.
Rumıniya Daxili İşlər Nazirliyinin dövlət katibi Mihai Kapranın məlumatına görə, 16 kənd elektrik enerjisiz qalıb. Bunlardan 14-ü Buzau regionunda yerləşir.
Rumıniyanın Argeş və Teleorman regionlarında isə 3 nəfər donvurmadan vəfat edib. Bununla da Rumıniyada son günlərdə donvurmadan ölənlərin sayı 68 nəfərə çatıb.
Ans Press