“Dost bildiyim insanlar haqqımda danışdılar...“ - Zamiq

“Dost bildiyim insanlar haqqımda danışdılar...“ - Zamiq
MAQAZİN
18:30 08.06.2026
324
Müğənni Zamiq Hüseynov haqqında danışan həmkarlarına cavab verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə”də danışıb.

"Təəssüf ki, yaxşılıqda, gözəl anlardan bəhs edilmir. Bir balaca pis məqam olan kimi hamı ona vurur, onu tənqid edir. Mən illərdir yaxşı mahnılar oxuyuram. Bu sözü deyirəm ki, bəylərin deyə bilmədiklərini musiqi dili ilə çatdırıram. Bəzən mənim mahnılarımla sevgi etiraf edirlər. Xəbərləri yoxdur,  Zamiq onların yanınadadır. Zamiqi olduğu kimi qəbul edin, belə sevin. Bu yaxınlarda oldu, bir neçə dost bildiyim insan çıxıb haqqımda danışdı. Girirlər, arxamdan şərh yazırlar... Baxıram, deyirəm ki, burada qalmaq çox çətindir”.

Qeyd edək ki, müğənni Elnur Məmmədov "Afaqla 10lar” verilişində "Zamiqin indiki oxuduğu səs onun öz səsi deyil. Əvvəl oxuduğu səsi indi oxuduğundan daha təbii idi” açıqlamasını vermişdi.

OXŞAR XƏBƏRLƏR