Dostu prezident, özü baş nazir oldu - FOTOLAR

Dostu prezident, özü baş nazir oldu - FOTOLAR
DÜNYA
20:33 08.05.2012
2434

Rusiya Federasiyası Dövlət Dumasının növbədənkənar iclasında Dmitri Medvedevin baş nazir vəzifəsinə təyinatı təsdiq edilib.

AZXEBER.COM-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Medvedevin hökumət başçısı təyin olunması proseduru prezident Vladimir Putinin bu gün müvafiq qərarı imzalamasından sonra başa çatıb. D.Medvedevin baş nazir təyin olunmasının lehinə 299 deputat, əleyhinə isə 144 deputat səs verib. Bitərəf qalan olmayıb. Qeyd edək ki, prezident Putin parlamentin aşağı palatasına Medvedevin namizədliyini özünün inauqurasiya mərasimindən dərhal sonra irəli sürüb.

OXŞAR XƏBƏRLƏR