Dostunu bıçaqlayan Samir Cavadzadəni tutmadılar

Dostunu bıçaqlayan Samir Cavadzadəni tutmadılar
Bütün Xəbərlər
12:49 18.12.2012
1478

Ötən il dostunu bıçaqlamaqda təqsirli bilinən Azərbaycanın "Eurovision-2008" təmsilçisi Samir Cavadzadənin qaranlıq taleyinə aydınlıq gətirildi.

Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 2011-ci ildə dostu və otaq yoldaşı Elvin Hüseynovu aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaqlayan S.Cavadzadənin barəsindəki cinayət işi ilə bağlı son qərar verilib. 

Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işinə xitam verilib. 

Qeyd edək ki, S.Cavadzadə sentybarın 20-də Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdi. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də, hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf etmək məcburiyətində qalmışdı. Lakin noyabrın 19-da o, Azərbaycan-Rusiya sərhədində saxlanılmış, sonradan məhkəmə tərəfindən sərbəst buraxılmışdı. 

OXŞAR XƏBƏRLƏR