Noyabrın 3-də Göyçay rayonunda “Nar bayramı” keçiriləcək. Gün.Az xəbər verir ki, Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdiriləcək. Göyçay İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq “Nar bayramı” bu il öz rəngarəngliyi və fərqliliyi ilə seçiləcək. Tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, özəl qurumların nümayəndələri, media qurumları, bir sıra xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, QHT nümayəndələri, sənət adamları, Azərbaycanda təhsil alan xarici tələbələr iştirak edəcəklər. Eyni zamanda Türkiyənin tanınmış müğənnisi Doğuş da Nar bayramında iştirak edəcək. O öz ifasıyla göyçaylıları sevindirəcək. Bundan başqa Türkiyənin aparıcı media orqanlarının nümayəndələri də Nar Bayramına” qatılacaqlar.