Dövlət Sərhəd Xidməti (DSX) azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
DSX-dən AZXEBER.COM-a bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.
Xatırladaq ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.











































