DSX: "Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb"

DSX: "Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb"
KRİMİNAL
13:05 11.03.2023
832
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” və "Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, "Xudat” və "Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılıblar.

Bu barədə AZXEBER.COM-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Mart ayının 10-da saat 20:40-da DSX-nin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında, mart ayının 11-də saat 05:55-də Xidmətin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440 ədəd Metadon M-40, 754 ədəd Preqabalin, 50 ədəd Qababrel psixatrop həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Mart ayının 10-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları, 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu saxlanılmışlar.
Mart ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər sərhəd pozucusu Qvineya Respublikasının vətəndaşı Camara Moussa və Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi