“Dubaydakı mehmanxanada Azərbaycan vətəndaşları da olub”

“Dubaydakı mehmanxanada Azərbaycan vətəndaşları da olub”
Bütün Xəbərlər
11:24 01.01.2016
1707
“Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır”.
AZXEBER.COM  xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda mehmanxanada baş verən yanğın hadisəsi haqqında danışarkən deyib:
“Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.”
OXŞAR XƏBƏRLƏR