Dünya Azərbaycanı şah plov və ləvəngi ilə tanıyır - YENİ REYTİNQ

Dünya Azərbaycanı şah plov və ləvəngi ilə tanıyır - YENİ REYTİNQ
SOSİAL
10:47 16.07.2026
350
Dünyanın məşhur qastronomiya platforması TasteAtlas dünyanın ən yaxşı 100 milli mətbəxinin yeni reytinqini açıqlayıb.

İstehlakçı rəyləri əsasında hazırlanan siyahıda Azərbaycan mətbəxi 67-ci yerdə qərarlaşıb.

Reytinqdə ilk üçlükdə İtaliya, İspaniya və Yaponiya mətbəxləri yer alıb. Qonşu ölkələr arasında isə Türkiyə 7-ci, Gürcüstan 21-ci, Rusiya 28-ci, Ermənistan isə 87-ci sırada qərarlaşıb.

TasteAtlas Azərbaycanın ən məşhur milli yeməkləri sırasında şah plov, ləvəngi, lavaş və qutabı xüsusi qeyd edib. Platforma bu yeməkləri ölkənin zəngin kulinariya irsinin əsas simvollarından biri kimi təqdim edib.

Bildirilib ki, reytinq 590 min 228 istifadəçi rəyi, eləcə də məlumat bazasında yer alan 18 min 912 yemək və məhsul üzrə qiymətləndirmələr əsasında hazırlanıb.

TasteAtlas dünyanın müxtəlif ölkələrinin mətbəxlərini istehlakçıların verdiyi qiymətlərə əsasən müqayisə edən ən nüfuzlu qastronomiya platformalarından biri hesab olunur.
 
///Modern.az 
OXŞAR XƏBƏRLƏR