Dünya Azərbaycanlı Gənclər Birliyi xarici tələbələri maarifləndirəcək

GƏNCLİK
15:55 29.09.2012
1548
Respublikamızın ali təhsil müəsissələrində təhsil alan əcnəbi tələbələrə ölkəmizlə yaxından tanış olmaları məqsədi ilə “Azərbaycan – gözəl diyar” adlı layihə həyata keçiriləcəkdir. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı , Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı Ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə 29-30 sentyabr tarixlərində start veriləcəkdir. Layihədə Çin, Cənubi Koreya, Rusiya, Türkiyə, Gürcüstan və Nigeriyadan olan əcnəbi tələbələrə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən - vətənimizi tanıdan, Qarabağla bağlı kitablar və ölkəmizin gözəl təbii çoğrafiyası ilə bağlı məlumat broşurları hədiyyə ediləcəkdir.Qeyd edək ki, bu ilin sonuna kimi davam edəcək layihə çərçivəsində əcnəbi tələbələr Lənkəran, Gəncə, Şəki və Qubaya səfərləri planlaşdırılır. İlk səfər 29-30 sentyabr 2012 – ci il tarixində Lənkəran şəhərində həyata keçiriləcək

OXŞAR XƏBƏRLƏR