Cümə günü səhər saatlarında Hörmüz boğazı vasitəsilə qlobal bazara yanacaq tədarükünün yenidən bərpa olunacağı ilə bağlı gözləntilər fonunda neft sürətlə ucuzlaşır.
AZXEBER.COM xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
ICE London birjasında "Brent" markalı neftin avqust füçerslərinin dəyəri Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata əsasən, 1.51 dollar (2.01%) azalaraq bir barel üçün 73.75 dollar təşkil edib. Xatırladaq ki, cümə axşamı bu müqavilənin qiyməti 1.52 dollar (2.1%) artaraq bir barel üçün 75.26 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin avqust füçersləri də eyni vaxtda 1.5 dollar (2.09%) ucuzlaşaraq bir barel üçün 70.42 dollara enib. Əvvəlki sessiyanın yekunlarına görə isə bu müqavilələrin dəyəri 1.58 dollar (2.3%) yüksələrək 71.92 dollar/barel səviyyəsində qərarlaşmışdı.











































