Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib

SİYASƏT
17:45 18.01.2020
8808
Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi dərc edilib.

"Report”un məlumatına görə, dövlət başçısı yanvarın 21-24-də keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısına yazdığı məqaləsində Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf trayektoriyası cızdığını, ölkənin özünü Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək boru kəmərlərinin (TANAP, TAP) inkişafı barədə yazıb.

"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram. Dünya İqtisadi Forumu təkcə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün yox, həm də qlobal iqtisadi tendensiyalar haqqında hərtərəfli məlumat verən əla platformadır. Bu, bizə sosial-iqtisadi islahatları təşviq etməyə və xarici sərmayə cəlb etməyə yardım göstərir”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Dünya İqtisadi Forumu qlobal iqtisadi prosesləri, gündəmi və sosial-siyasi prosesləri müzakirə etmək üçün siyasətçiləri, iş adamlarını və ictimai təşkilatları bir araya gətirən ən böyük platformalardan biridir. Forum dünya iqtisadi tendensiyaları haqqındakı ətraflı məlumatlara geniş çıxış imkanı verir.

Davosda ənənəvi illik toplantıda Dünya İqtisadi Forumu iki qlobal təşəbbüsün həyata keçirilməsinə başlayacaq. Təşəbbüslərdən biri dünyada 1 milyard insanın təhsil almasına imkan verəcək qlobal təhsil proqramıdır. İkinci təşəbbüs isə dünyada 1 milyard ağacın əkilməsidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:07 27.09.2020

İlham Əliyev: “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

15:06 27.09.2020

Avropa Şurası cəbhədə vəziyyətin gərginləşməsindən ciddi narahatdır

15:04 27.09.2020

Zakir Həsənov: "Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub"

14:50 27.09.2020

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

14:37 27.09.2020

Ermənistan təxribatı nəticəsində doqquz mülki şəxs yaralandı - RƏSMİ

14:35 27.09.2020

MTRŞ televiziyalara tövsiyələr verib

14:29 27.09.2020

Prezidentin köməkçisi: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”

14:25 27.09.2020

Ərdoğan İlham Əliyevə zəng etdi: "Yanınızdayıq!"

14:23 27.09.2020

Füzulinin bu kəndləri işğaldan azad edildi - RƏSMİ SİYAHI

14:21 27.09.2020

Avropa İttifaqı Şurasının sədri: "Tərəfləri atəşi dayandırmağa çağırırıq"

14:16 27.09.2020

Hikmət Hacıyev: “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

14:10 27.09.2020

Azərbaycanın bu kəndləri erməni işğalından azad edildi - RƏSMİ

14:09 27.09.2020

10 əsgər və 4-5 mövqe itirmişik - Babayan

13:56 27.09.2020

Lavrov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə ediblər

13:49 27.09.2020

Hülusi Akar: “Bu alçaq hücumu qınayırıq”

13:47 27.09.2020

Son dəqiqə! İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir

X Mostbet