Dünya şöhrətli rejissor cinsi zorakılıqda ittiham olunur

Dünya şöhrətli rejissor cinsi zorakılıqda ittiham olunur
MAQAZİN
14:43 14.05.2026
225
Fransa prokurorluğu rejissor Lyuk Bessona qarşı istintaqın yenidən açılmasını tələb edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rejissor səkkiz il əvvəl Parisdə otelidə tanış olduğu aktrisa Sande Van Roya təcavüz etməkdə ittiham olunur.

Fransa mediasının yaydığı məlumata görə, prokurorluq iş üzrə əlavə araşdırmaların aparılmasını və yeni hüquqi qiymətləndirmənin verilməsini istəyib. Bildirilir ki, istintaqın yenidən gündəmə gətirilməsi tərəflərin təqdim etdiyi əlavə materiallar və bəzi yeni hüquqi məqamlarla əlaqədardır.

Xatırladaq ki, Sande Van Roy ilk dəfə 2018-ci ildə Lyuk Bessonu seksual xarakterli zorakılıqda ittiham etmişdi. Aktrisanın sözlərinə görə, hadisə Parisdəki "Bristol” otelində baş verib. O, rejissorun ona qarşı razılığı olmadan zor tətbiq etdiyini iddia edib.

Lyuk Besson isə ittihamları qəti şəkildə rədd edərək münasibətin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirmişdi. Rejissorun vəkilləri daha əvvəl verdikləri açıqlamalarda ittihamların əsassız olduğunu və Bessonun günahsızlığını müdafiə etdiklərini vurğulamışdılar.

Qeyd edək ki, iş son illərdə bir neçə dəfə hüquqi araşdırma mərhələsindən keçib. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR