Çindəqeyri-adi hadisə yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, Çinin Henan əyalətində yaşayan 29 yaşındakı qadının 7,04 kq ağırlığında oğlu dünyaya gəlib. Chun Chun adı verilən körpə ilə ananın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyri-adi körpə Çində doğulan ən ağır körpədir.
Qeyd edək ki, “Guinnes Rekordlar Kitabı”na görə dünyanın ən ağır körpəsi 1879-cu ildə 10,77 kq ağırlığında ABŞ-ın “Ohio” əyalətində dünyaya gəlmişdi. Ancaq körpə 11 saatdan sonra ölmüşdü.
Ozal İbrahimli