Dünyada ən qəribə xurafatlar – Sizi təəccübləndirəcək 8 adət

Dünyada ən qəribə xurafatlar – Sizi təəccübləndirəcək 8 adət
SOSİAL
13:29 22.04.2026
284
Xurafatlar illərdir cəmiyyətlər arasında şifahi şəkildə ötürülən və əslində heç bir elmi əsası olmayan məlumatlara və təcrübələrə əsaslanır. Cəmiyyətdə gecələr saqqız çeynəməyin uğursuzluq gətirməsi, ulduz çıxdıqda arzu tutmaq, qara pşiklərin bədbəxtlik gətirməsi, çix gülənin sonda ağlaması kimi mənşəyi məlum olmayan xurafatlar mövcuddur. belə hallar təkcə Azərbaycanda deyil, dünyada bir çox insanın həyatına təsir göstərir.
 
AZXEBER.COM Dünyanın hər yerindən 8 qəribə xurafatı oxuculara təqdim edir:
 
1. Əgər nə vaxtsa Çinə getsəniz, bu rəqəmləri həyatınızdan çıxarın.
13 rəqəmi dünyanın bir çox yerində, o cümlədən ölkəmizdə uğursuz sayılsa da, Çində xurafatlara görə vəziyyət bir qədər fərqlidir. Çində təkcə 13 deyil, həm də 4, 14, 23 və 24 uğursuz rəqəmlər hesab olunur. Bu rəqəmlər hətta bir çox yerdə, məsələn, binalarda, otaqlarda və liftlərdə istifadə olunmur. Xüsusilə 4 rəqəmi bəyənilmir, çünki onun tələffüzü "ölüm" sözünə çox bənzəyir. 

 

2. İspaniyada Yeni il gecəsi üzüm yeməyin il boyu uğur gətirdiyinə inanılır.

İspaniyada Yeni il gecəsi üzüm yeməyin il boyu uğur gətirdiyinə inanılır. Yeni il gecəsi saat 00:00-da 12 üzüm yeyən insanın il boyu uğurlu bir il keçirəcəyinə inanılır. Bu xurafata görə, 12 üzümün hər biri ilin bir ayını təmsil edir. Əslində, İspaniyada yaşayan bəzi insanlar bu ritualı hər ayın əvvəlində yerinə yetirirlər. Ölkənin üzüm bağları ilə məşhur olması, şübhəsiz ki, bu xurafata təsir göstərir.

 

3. Bolqarıstanda bu xurafatı eşidəndə çox təəccüblənəcəksiniz.

Bolqarıstanda iki maraqlı xurafat var. Birincisi, subay qadının heç vaxt masanın kənarında oturmamasıdır. Çünki masanın kənarında oturan subay qadınların evlənmək üçün kişi tapmayacağına inanılır. Başqa bir xurafata görə, çirkin uşaqların dünyaya gəlməməsi üçün içində spirt olmayan stəkanlar heç vaxt bir-birinə çırpılmır.

 

4. Rusiyada kiməsə gül verərkən onların sayına diqqət yetirməlisiniz.

Rusiyada kiməsə gül verərkən onların sayına diqqət yetirməlisiniz. Burada gül vermək və almaq çox yaygın bir ənənədir, lakin bir şərt var: Kiməsə gül verməzdən əvvəl çiçəklərin sayına diqqət yetirməlisiniz. Çünki verdiyiniz güllərin sayı tək olmalıdır. Bu, Rusiyada cüt sayda güllərin yalnız dəfn mərasimlərinə verilməsi və ya göndərilməsi ilə izah olunur. Bu adər Azərbaycanda da bu günə qədər qorunub saxlanılır.

 

5. Braziliyada çantanızı və ya pul kisənizi yerə qoymaq olmaz!

Braziliyada çantanızı və ya pul kisənizi yerə qoymamağı məsləhət görürük. Çünki ölkədə yerə qoyulmuş çantanın və ya pul kisəsinin sahibinə bədbəxtlik gətirəcəyinə inanılır. Bu əşyaları yerə qoyan insanların qısa müddətdə yoxsullaşacağı və işləri yaxşı getməyəcəyi düşünülür.

 

6. Misirdə qayçılar bədbəxtlik gətirir?

Misirdə heç bir şey kəsilmədiyi təqdirdə qayçını lazımsız yerə açıb bağlamağın bəxtsizliyə səbəb olduğuna inanılır. Həmçinin, bu xurafata görə, qayçının ağzı  açıq qalmamalıdır. Ölkədə qayçı ilə əlaqəli digər bir xurafat, yatarkən kabus görməmək üçün qayçını yastığın altına qoymaqdır.

 

7. Sizi "Bu doğru ola bilməz!" deməyə vadar edəcək Danimarka xurafatı.

Danimarkalılar il boyu qırıq çini əşyaları toplayırlar. Sonra ilin sonunda ailələr bir araya gəlib hansı ailədə ən çox qırıq çini olduğuna baxırlar. Ölkədəki bu xurafata görə, ən çox qırıq çini qabı olan ailənin varlanacağına inanılır.

 

8. Hindistanda cümə axşamı və şənbə günləri şəxsi qulluq etmək qadağandır.

Hindistanda şəxsi qulluq və təmizlik haqqında qəribə xurafatlar mövcuddur. Burada cümə axşamı və şənbə günləri şəxsi qulluq etmək qadağandır. İnanca görə həmin zaman saç kəsmək və ya saçı yumaq bəxtsizlik gətirir. Bu iki gündə saç kəsmək və yumaq ölkədə ümumiyyətlə pis qarşılanır. Buna görə də, eyni günlərdə dırnaq kəsməyin də bəxtsizliyə səbəb olduğuna inanılır.

Aysel

 










 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?