Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir

Dünyada getməyin məsləhət olmadığı 10 şəhər: Sumqayıt ikincidir
MARAQLI
15:25 23.01.2013
4471
Yer üzündə gəzməli və görməli çox yerlər var. Bundan başqa dünyada elə yerlər də var ki, orada olmaq ümumiyyətlə məsləhət deyil.
ABŞ-ın "Blacksmith Institute" fondu dünyanın insan həyatı üçün ən təhlükəli olan 10 şəhərinin siyahısını çıxarıb. O şəhərlərin siyahısını sizə təqdim edirik:
1. Ukrayna, Çernobıl
Bu günə qədər bu şəhərdə baş vermiş nüvə fəlakətindən 5,5 milyon insan zərər çəkib. 1986-cı ilin 26 aprelində, Çernobıl AES-də baş vermiş partlayış XX əsarin ən böyük fəlakətlərindən biri kimi yadda qalıb. Pasrtlayış zamanı Hirosima və Naqasakiyə atılan bomalardan yüz dəfə artıq şüalanma baş verib.
2. Sumqayıt, Azərbaycan
Sumqayıt - keçmiş SSRİ-nin ən böyük və ən zəhərli kimya sənayesi komplekslərindən biri bu şəhərdə yerləşir. Hazırda şəhərin əhalisi 300 min nəfərdən çoxdur. Ağır metallar, neft məhsullarının emalı zamanı atmosferə düşən zəhərli maddələr insanların sağlamlığında ciddi problemlər yaradıb. Şəhərdə sümük iliyi xəstəliyi xüsusi ilə geniş yayılıb.
3. Vapi, Hindistan
Bu şəhərin ətrafında 1000-dən çox istehsalat müəssisəsi yerləşir. Şəhərdə suyun tərkibindəki civənin həddi normadan 100 dəfə artıqdır. Hava isə ağır metallarla doludur. Xraniki xəstəliklərdən əziyyət çəkənlərin sayı 70 min nəfərdən artıqdır.
4. Tyanjin, Çin
Tyanjin - Çinin qurğuşun istehsalı paytaxtı kimi tanınan bu şəhər, ölkənin ən çirkli və havası zəhərli şəhərlərindən biri sayılır. Atmosferdəki qurğuşun miqdarı normadan 10 dəfə artıqdır. Şəhər kənarında yetişdirilən bitkilərdəki qurğuşun miqdarı isə normadan 24 dəfə çoxdur.
5. Sukinda, Hindistan
Bu şəhərdə Hindistanın ən böyük xrom yartaqları və şaxtaları yerləşir. Müəssisələrin əksəriyyəti tullantılarını çaylara göllərə axıdırlar. Şəhər əhalisi 2 milyon yarımdan çoxdur. Əhalinin demək olar ki, 90%-i ankoloji xəstəliklərdən əziyyət çəkir.
6. Norilsk, Rusiya
Norilsk Rusiyanın ən çirkli şəhərlərindən biri hesab olunur. Şəhərdə ağır metalların emalı ilə məşğul olan çox iri zavodlar yerləşir. Bu zavodlarda mis, qurğuşun, nikel, selen və sink emal adilir. Şəhərin əhalisi 134 min nəfərdir. Şəhər əhalisinin böyük bir hissəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. 2001-ci ildən şəhərə xarici vətəndaşların girişi qadağandır.
7. Linfan, Çin
Linfan Çinin kömür sənayesinin paytaxtı sayılır. Atmosferdəki kömür tozu, kükürd və başqa zərərli maddələrin həddi normadan bir neçə artıqdır. Şəhərdə 200 mindən çox ağ ciyər xəstəsi yaşayır. Pnevmoniya, ağ ciyər xərçəngi və bronxit xəstəlikləri şəhərdə tüğyan edir.
8. La-Oroya, Peru
Şəhərin əhalisi 35 min nəfərdir. Əhalinin 95%-i qanda qurğuşun miqdarının kəskin yüksəkliyindən əmələ gələn xəstəliklərdən əziyyət çəkir. Bu şəhərin ərazisində ABŞ-a məxsus mis, qurğuşun və sink çıxaran şaxtalar möcuddur. Şəhərdə turşulu maddələr qarışıq yağışlar yağır.
9. Kabve, Zambiya
XX-ci əsrin əvvəllərində Kabvedə zəngin qurğuşun və admium yataqları tapılıb. Şəhərdə bu metalların çıxarılması və emalı üçün müəssisələr tikilib. Hazırda havanın çirkliliyi normadan 4 dəfə artıqdır. Şəhərdə 250 mindən çox qan zəhərlənməsi xəstəliyindən əziyyət çəkən insan var.
10. Dzerjinsk, Rusiya
1930 - 1998-ci illərdə bu şəhərdə 200 min tondan çox kimyəvi tullantı basdırılıb. Bu tullantılara ən zəhərli olan neyrotoksinlər də daxildir. Şəhərdəki hava çirkliliyi insan həyatı üçün yaranacaq təhlükə normasını 17 milyon dəfə aşır. şəhərin 300 min əhalisi var. Orta yaş həddi 45 yaşdır. /// xeber24.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir