‘Dünyada mənim Vətənim’ - LAYİHƏ

GƏNCLİK
23:43 11.02.2012
1960

Gənclər bir araya gələrək öz ortaq tarixi mədəniyyətlərini bir-birləri ilə bölüşəcəklər.

"MIRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi" və Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyəti “Dünyada mənim Vətənim” adlı layihə həyata keçirəcək.

Bu barədə layihənin rəhbəri və eyni zamanda MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi Cəfər Mənsimi AZXEBER.COM-a məlumat verib. Məlumata görə, layihənin məqsədi gənclərə ölkəmizin keçmiş və bu gününki tarixini, mədəniyyətini aşılamaq, onların dünyagörüşlərinin, həyata baxış tərzlərinin artmasına yardımçı olmaqdır. Bundan başqa layihə çərçivəsində gənclərin mədəniyyət ocaqlarına teatr və kitabxanalara qarşı marağının artıılmasına çalışılacaq.

“Dünyada mənim Vətənim” layihəsi bir sıra dünya universiteri ilə əməkdaşlıq nəticəsində reallaşacaq.

Layihə çərçivəsində gənclər bir araya gələrək öz ortaq tarixi mədəniyyətlərini bir-birləri ilə bölüşəcəklər.

Layihənin ildə bir neçə dəfə davamlı keçirilməsi planlaşdırılıb.

Bu silsilədən ilk tədbirin Xocalı faciəsi ilə bağlı olaraq Şimali Kiprdə beynəlxalq elmi-praktik konfransın təşkil olunması planlaşdırılıb.

Bundan başqa məlumat üçün bildirək ki, layihə çərçivəsində 3 günlük xarici səfərlərin təşkil olunması planlaşdırılıb.

Səfərin 1-cü günündə tələbələr tamaşa göstərəcəklər. Tamaşada onların öz ölkələrinin tarix və mədəniyyətləri əks olunacaq.

2-ci gündə konfrans təşkil olunacaq. Konfransda tələbələr özləri məruzələr ilə çıxış edəcəklər. Məruzlər də əsasən ortaq tarix və mədəniyyətə toxunulacaqdır. Bundan başqa tələblər öz ölkələrinin köhnə və yeni filimlərini nümayiş etdirəcəklər.

Bundan sonra getdikləri ölkələrin mədəniyyət ocaqları, görməli və tarixi yerləri ilə yaxından tanış olmaq məqsədi ilə turlar təşkil olunacaq.

3-cü gün tələblər tanımış insanlar, elm xadimləri, ziyalılar ilə görüşmək şansını qaznacaqlar.

Hər səfərin sonunda tələblər səfərlə və həmin ölkə ilə bağlı qısasujetli filmlər çəkəcəklər. Bir neçə səfərdən sonra bunlar birlikdə birləşəcək və geniş filim hazırlanacaq.

OXŞAR XƏBƏRLƏR