Dünyanı düşündürən sual: Peyvənd vacibdirmi?

Dünyanı düşündürən sual: Peyvənd vacibdirmi?
SAĞLAMLIQ
23:14 04.03.2019
5722
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin vurulmasının vacib olduğunu bildirsə də, bir çox dünya ölkələrində bu vaksin hələ də birmənalı qəbul edilmir. Uzun illərdir Azərbaycanda da peyvəndlə bağlı müzakirələr gedir. Həkimlər, pediatrlar peyvəndi məsləhət görsələr də, bəzi valideynlər könüllü şəkildə bundan imtina edirlər.

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit uşaqlara peyvənd vurdurmağın heç bir faydası olmadığını iddia etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2015-ci illər ərzində dünyada qızılcadan ölüm 79 faiz azalıb. Qızılcadan ölüm hallarının azalmasına səbəb isə vaksinasiya olub.

Difteriyaya qarşı peyvənd tətbiq olunana qədər dünyada hər il 1 milyon insan difteriya xəstəliyi keçirib və onlardan 60 mini ölüb. Difteriya peyvəndindən sonra isə ölüm halları kəskin aşağı düşüb.

SSRİ-nin dağılmasından sonra, 1990-1997-ci illərdə MDB məkanında 157 min insan difteriyadan vəfat edib. Səbəb isə imperiyanın dağılması ərəfəsində vaksinasiyanın aparılmaması olub.

Ötən ilin sonu və bu ilin əvvəllərindən başlayaraq, qonşu Gürcüstanda və ölkəmizdə bütün yaş təbəqələri arasında qızılca xəstəliyi kəskin yayıldı. Pediatrlar, həkimlər də xəstəliyə kəskin yoluxmanın vaksindən imtina ilə əlaqədar olduğunu bildirdilər.

Azərbaycanda da peyvəndə münasibət fərqlidir. Ölkənin baş pediatrı Nəsib Quliyev peyvənddən imtina etməyin böyük risk olduğunu deyib.

AZXEBER.COM bildirir ki, mövzu ilə bağlı Axar.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, peyvənd insanı xəstəlikdən qorumaq üçün yox, yüngül keçirmək, ağırlaşmalarla müşahidə edilməməsi üçündür:

"Bizdə kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun "faydasını" da indi, qızılca xəstəliyi yayılan zaman görürük.

Qızılca peyvəndinin əks-təsiri ölümə aparmır. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət stabilləşib. Lakin təəssüf ki, heç bir arqumentə dayanmadan "peyvənd olmaz" deyən böyük bir qrup yaranıb. Fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstələnir və körpə yaşlı uşaqlar ölür".

Həkim qeyd edib ki, peyvənd olunan uşaqlarda göy öskürək müşahidə edilmir:

"Bir daha deyirəm, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq 1 yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı