Dünyanın ən çox qazanan yazıçıları - TOP 10

DÜNYA
17:26 14.08.2012
1753

“Dünyanın ən çox qazanan yazıçıları” mövzusunda sorğu keçirilib. Sorğunun yekun hesabatında açıqlanan siyahıya 94 milyon dollarlıq gəlirlə Ceyms Patterson liderlik edib. 65 yaşlı yazıçı 2011-2012-ci illərdə nəşr olunan 14 kitabla 94 milyon dollar qazanıb. İkinci yerdə hər kitabı ilə ədəbi zəlzələ yaradan və “The Dark Tower” ilə bir ildə 39 milyon dollar qazanan Stefen Kinq durur. Üçüncü yeri “Stephanie Plan” adlı silsilə kitabı ilə 33 milyon dollar qazanan Janet Evanoviç tutub. Builki siyahıda ilk beşliyə girəcəyi proqnozlaşdırılan məşhur “Harry Potter” silsilə kitabın müəllifi J.K.Roulinq isə cəmi 8 milyon dollar gəlirlə 11-ci yerdə qərarlaşıb. “Twilight” silsiləsinin müəllifi Stefeni Meyer isə 13-cü yerdədir. Beləliklə, ilk onluq:

1. James Patterson – 94 milyon dollar
2. Stephen King – 39 milyon dollar
3. Janet Evanovich – 33 milyon dollar
4. John Grisham – 26 milyon dollar
5. Jeff Kinney – 25 milyon dollar
6. Bill O’Reilly – 24 milyon dollar
7. Nora Roberts – 23 milyon dollar
8. Danielle Steel – 23 milyon dollar
9. Suzanne Collins – 20 milyon dollar
10. Dean Koontz – 19 milyon dollar

OXŞAR XƏBƏRLƏR