Mayk Tayson ailəsinin dağılmasında aktyor Bred Pitti günahlandırıb
Tanınmış peşəkar boksçu Mayk Tayson səmimi bir etiraf edib. ANS PRESS-in məlumatına görə, boksçu bildirib ki, ötən əsrin 80-ci illərinin sonunda, hələ o zaman yenicə kinoya gələn və Holivudda karyera qurmağa başlayan aktyor Bred Pitt onun ailəsinin dağılmasına səbəb olub. “Dəmir Mayk”ın deyib ki, B. Pitt onun o zaman həyat yoldaşı olan “Playboy”un modeli və aktrisa Robin Givenlə boşanmasına səbəb olub. Tayson bildirib ki, Robinin evinə yollanarkən, həyat yoldaşını Bred Pittlə bir yataqda tutub: “Evə girdim və arvadımı yataqda onunla gördüm. Mən o vaxt dəli kimi idim. Siz bir onun o zaman gözlərini görərdiniz”. Taysonun birdən-birə niyə belə bir açıqlama etdiyi məlum deyil. Amma məlum olan budur ki, o gündən sonra Tayson Givenlə evliliyi uzun çəkməyib.