Dünyanın ən nüfuzlu brendi 'Ferrari' seçildi

Dünyanın ən nüfuzlu brendi
Bütün Xəbərlər
10:09 20.02.2013
1039

İtaliyanın “Ferrari” avtomobil konserni Amerikanın “Google” və “Coca-Cola” şirkətlərini geridə qoyaraq, “Brand Finance” şirkətinin reytinqində dünyanın ən nüfuzlu brendi sayılıb.

Araşdırma müəllifləri bildiriblər ki, “Ferrari”yə qələbəni avtomobil sahiblərinin görünməmiş loyallığı qazandırıblar.“NEWSru.com” saytının yazdığına görə, İtaliyanın “Fiat” şirkətinə məxsus idman avtomobillərinin kiçik istehsalçısı “Google” və “Coca-Cola” şirkətləri ilə müqayisədə reklama çox az vəsait xərcləyir.Dünyanın ən bahalı brendi isə ekspertlər tərəfindən yenə də “Apple” sayılılıb. Ekspertlər onu 87 milyard dollar məbləğində qiymətləndiriblər. İkinci yerdə hələlik kifayət qədər böyük məsafə ilə “Apple”dən geri qalan “Samsung” şirkəti qərarlaşıb. Lakin “Samsung”un brendinin qiyməti 2012-ci ildə birdən-birə 54 faiz artıb. Nəticədə şirkət öz telefonları üçün əməliyyat sisteminin istehsalçısını reytinqdə üstələyib. 52,1 milyard dollar məbləğində qiymətləndirilmiş “Google” (artım 4,7 faiz) şirkəti üçüncü yeri tutulub.“Brand Finance”ın baş direktoru Devid Hayq deyib: “Brend qazanclı artımı stimullaşdıra bilən bir çox qeyri-maddi aktivlərdən biridir. “Apple” və “Samsung” on milyard dollar mədaxillə qlobal brend üstünlüyü uğrunda mübarizə aparır və öz markalarını istehlakçılara sevdirmək üçün bir-birini üstələməyə çalışırlar”.

OXŞAR XƏBƏRLƏR