Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı

GƏNCLİK
12:50 21.10.2020
592

Döyüş meydanındakı məğlubiyyəti ilə barışa bilməyən, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutaraq, mülki əhaliyə qarşı cinayət törətməkdə davam edir.

Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur. Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir. Bu günlərdə möhkəm birlik nümayiş etdirən xalqımız hücumlardan zərər çəkmiş vətəndaşlarımıza öz dəstəyini göstərmək üçün səylərini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə "#Birlikdəstək" (Birlikdə Dəstək) adlı aksiyaya start verilib. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilmiş vətəndaşlarımıza yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə, zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, uşaq, qadın və kişilər üçün yararlı geyimlər, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. çatdırılması planlaşdırılır. İanə edilən məhsullar könüllülər tərəfindən ünvanlara çatdırılaraq, yardım ediləcəkdir.

Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərlər.

Link: https://cutt.ly/5glmpop

 

Qaynar xətt: (070) 2668090

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:48 24.11.2020

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayıldı

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR