Dövlət başçısı Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi

Dövlət başçısı Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi
SİYASƏT
18:31 10.05.2021
582
"Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər:

"Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun.

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir.

Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var.

Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək