Azərbaycanın dövlət borcu son bir ildə 1 milyard 468,8 milyon manat azalıb.
AZXEBER.COM xəbər verir ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ölkənin dövlət borcunun məbləğini açıqlayıb.
Nazirin sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat təşkil edib. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 17,3 faizinə bərabərdir.
Ötən ilin eyni dövründə, yəni 2025-ci il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat olub. Həmin vaxt bu göstərici ÜDM-in 19,5 faizini təşkil edib.
Bu rəqəm son bir ildə Azərbaycanın dövlət borcunun 1 milyard 468,8 milyon manat və ya təxminən 5,8 faiz azaldığını göstərir.
Fəridə Əsədzadə











































