Dövlət Əmək Müfəttişliyi 22 min müraciəti cavablandırıb

Dövlət Əmək Müfəttişliyi 22 min müraciəti cavablandırıb
SOSİAL
10:54 06.07.2026
169
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin ilk 6 ayı ərzində daxil olan 22 375 müraciəti araşdıraraq cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, cavablandırılan müraciətlərdən 10 995-i müraciət, 11 380-i isə sorğu və məktub olub.

Hesabat dövründə Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən 5 959 vətəndaş fərdi qaydada qəbul edilib.

Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.

Qurumdan bildirilib ki, hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar təqdim olunub.
OXŞAR XƏBƏRLƏR