Dövlət hansı partiyalara pul ayıracaq?

Dövlət hansı partiyalara pul ayıracaq?
MARAQLI
11:06 04.11.2011
1641

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun layihəsi beynəlxalq qurumlarla yanaşı cəmiyyətdə də geniş müzakirə olunur. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmə mexanizmlərini müəyyənləşdirəcək sənədə siyasi partiyaların yanaşması də fərqlidir. Hazırda siyasi həyatın əsas müzakirə mövzusu olan bu qanun layihəsinə Avropa Şurasının Venesiya Komissiyasının verəcəyi rəy də səbirsizlikdə gözlənir. Qanun layihəsində əsas maraq doğuran məqamlardan biri siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Bu məsələdə siyasi partiyalar arasında ciddi fikir ayrılığı var. Məsələn Ümid Partiyasının sədri Iqbal Ağazadə deyir ki, seçkilərdə iştirak edən bütün partiyalar, parlamentdə təmsilçiliyindən asılı olmayaraq, dövlət tərəfindən maliyyələşməlidir. Millət vəkilinin sözlərinə görə, dövlət bəlli bir bir maliyyə standartları müəyyən edərək bütün siyasi partiyalar üçün dövlət büdcəsindən dəstək kampaniyasını həyata keçirməlidir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə parlamentdə yer qazana bilməyən siyasi partiyaların dövlətdən maliyyə dəstəyi almasını düzgün saymır. Onun sözlərinə görə, əksəriyyətin və çoxluğun təklifi ondan ibarətdir ki, parlamentdə mandat qazanan siyasi partiyalar dövlət büdcəsindən maliyyələşmədən istifadə edə bilər: “Daha doğrusu, məhz bu cür partiyalara maliyyələşmə tətbiq oluna bilər”. Siyasi partiyalar arasında narazılıq doğuran digər məqam isə qanun layihəsinin onlara açıqlanmamasıdır. Məsələ ilə bağlı fikirlərini açıqlayam Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, onlar bu gün “Siyasi partiyalar haqqında” qanunun gündəliyə daxil olunmasından məlumatlıdır: “Bu qanunun müzakirəyə çıxarılmasından məlumatlıyıq. Bir də müzakirələr zamanı hansı variantların ola biləcəyindən məlumatlıyıq. Amma konkret olaraq hansı variantlar varsa, onu da az qism adam bilir. Bu da şəxsi tanışlıqlar əsasında olur”. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə isə qanun layihəsindən özünün də xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, qanunvericilikdə layihənin müzakirə əsnasında açıqlanması nəzərdə tutulmur. “Qanunvericilikdə nəzərdə tutulmayıb ki, mütləq qanun hazırlanan dövrdə onun üzərində hər bir mərhələ prosesi ictimaiyyətə açıqlanmalıdır. Qanunda belə bir müddəa yoxdur. Sonradan bu qanun layihə şəklində komitələrdə müzakirə oluna bilər. Mümkündür ki, ictimai müzakirələr keçsin”. Venesiya Komissiyasının iyulda açıqladığı layihədə vəsaitin bölgüsü göstərilib. Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun ilk dəfə 1992-ci ildə qəbul edilib. Yeni qanunun isə bundan tamamilə fərqlənəcəyi gözlənilir. Qanun layihəsinin detalları ictimaiyyətə açıqlanmasa da, Venesiya Komissiyasının rəsmi saytında iyul ayında yerləşdirilən varianta əsasən, dövlət büdcəsinin vəsaiti hesabına yaradılan fondun 10 faizi Milli Məclisin ötən seçkisində iştirak edib səslərin 3 faizini qazanan, amma parlamentə düşə bilməyən siyasi partiyalar arasında, fondun 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür, Fondun 50 faizi isə seçilən deputatların sayına görə partiyalar arasında bölünür. Xatırladaq ki, oktyabrın 14-15-də Venesiya Komissiyası ilə müzakirələrdən sonra Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın Venesiya Komissiyasının bir neçə tövsiyəsi ilə, o cümlədən bütün siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi və partiyaların xaricdən maliyyələşdirilməsinin mümkünlüyü ilə razılaşmadığını açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
00:08 05.11.2026
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib