Dövlət Komitəsi Almaniyada 3 uşağı əlindən alınan Azərbaycan vətəndaşı ilə bağlı müvafiq qurumlara müraciət edəcək

Dövlət Komitəsi Almaniyada 3 uşağı əlindən alınan Azərbaycan vətəndaşı ilə bağlı müvafiq qurumlara müraciət edəcək
Bütün Xəbərlər
17:55 22.04.2013
934
Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Cəfərova 3 övladının ona qaytarılması ilə bağlı Azərbaycandan kömək istəyib.

R. Cəfərova bununla bağlı “Səni axtarıram” verilişinə müraciət edib. Bu barədəAPA-ya məlumat verən “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, Azərbaycan vətəndaşı olan Ruhəngiz illər öncə Almaniyaya gedərək orada öz xalası oğlu ilə ailə qurub. Almaniyada qaçqın statusu ilə yaşayan Firəngizin 3 övladı dünyaya gəlib: “Lakin 2-3 il öncə Ruhəngizin yoldaşı ilə problemləri yaşanıb. Ailədaxili münaqişə zəminində baş verən hadisədən sonra polis Gənclər və uşaqlarla iş komitəsi vasitəsilə uşaqlar bu ailədən alınır. İllərdir ki, Ruhəngiz Cəfərova öz övladlarını geri almaq üçün məhkəmələrdədir. Amma çox təəssüflər olsun ki, bu günə kimi Almaniya uşaqları anaya qaytarmır. Uşaqları 2-si bir ailəyə, 10 aylıq körpə isə digər ailəyə qəyyumluğa verilib. Uşaqların saxlanması üçün dövlət qurumu həmin ailələrə aylıq pul da verir. Apreli 30-da Ruhəngizin məhkəməyə müraciətinə baxılacaq və bu son məhkəmədir”.

X. Hidayətqızı qeyd edib ki, R. Cəfərova Azərbaycanda müvafiq qurumların ona işdə köməklik etmələrini istəyir: “Ümid edirəm ki, Azərbaycan vətəndaşı olaraq Ruhəngizə köməklik olunacaq. Bunun üçün bütün mediadan dəstək gözləyirəm. Biz icazə verməməliyik ki, bir ananın övladı əlindən alınsın. Ola bilər ki, həmin ailədə dava olub və həmin ölkənin qanunlarına görə uşaqlar qorunmaq üçün onlardan alınıb. Amma bu heç də o demək deyil ki, bir ananı övladlarından ayırasan və aylarla ananın övladlarla görüşünü əngəlləyəsən”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiriVəsilə Möhsümova isəAPA-ya açıqlamasında deyib ki, artıq məsələ ilə əlaqədar Almaniyada yaşayan Ruhəngiz Cəfərova ilə əlaqə saxlanılıb: “Onun vəkili Gültən xanımla əlaqə saxlayaraq məsələni aydınlaşdırmışıq. Vəkildən də lazımi məlumatların rəsmi şəkildə komitəyə göndərilməsini xahiş etmişik. Almaniya qanunvericiliyinə əsasən, valideynlərdən hər hansı biri uşağa qarşı zorakılıq tətbiq edirsə, ailədə uşağın əhval-ruhiyyəsinə təsir edən hər hansı bir hərəkət edilirsə, onlar valideynlikdən çıxarılır və uşaqlar əlindən alınır. Qanunvericilikdə belə bir hal da var ki, valideynlərdən hər hansı biri uşaqları baş verə biləcək zorakılıq faktorlarından qoruya bilmirsə, bu halda digər valideyn də uşaqdan məhrum edilir. Ana iddia edir ki, artıq lazımi təminatı və uşağa qarşı baş verə biləcək təhlükələrdən qoruya biləcək gücü var. Amma orada xoşagəlməz hal odur ki, uşaqların 3-ü eyni ailəyə deyil, ayrı-ayrı ailələrə verilib. Məhkəmə problemi həll etməlidir. Biz komitə olaraq rəsmi məlumatları vəkildən aldıqdan sonra ən qısa zamanda Almaniyanın müvafiq qurumlarına rəsmi müraciət edəcəyik. Komitə olaraq bütün situasiyalarda Azərbaycan vətəndaşı olan qadının uşaqlarının geri qaytarılması üçün bütün köməklikləri göstərəcəyik. Almaniyadakı səfirliyinizə və konsulluğa da müraciət etmişik ki, onların köməkliyindən istifadə edək. Çünki hər bir halda uşaqlar anaya qaytarılmalıdır”.

Azərbaycanda Uşaq hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri, hüquqşünas Nazir Quliyev isə qeyd edib ki, Almaniyada uşaq müdafiə sistemi çox güclü qurulub. O hesab edib ki, Almaniyada uşaqların alınaraq ailələrə verilməsi faktı olubsa, bu hansısa xüsusi fərdə yox, hadisəyə yanaşmadan irəli gələn məsələdir: “Almaniyada uşaqlara qayğı ən mühüm məsələlərdən biridir. Kəskin hallar və ya hadisələr olub ki, uşaqların ailələrdən alınması prosesi baş verib. Amma həqiqətən ananın hüquqları pozulubsa, uşaqların anadan alınması tədbiri qeyri-adekvat olubsa, məhkəmə prosedurları ilə müəyyən işlər görmək olar. Əsas məsələ isə uşaqların təhlükəsiz, sağlam böyüməsidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib