DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
SOSİAL
16:28 03.02.2022
290
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Yol-nəqliyyat hadisələri içərisində diqqət çəkən məqamlardan biri də bu və ya digər səbəblərdən nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayandırılması zamanı öz təhlükəsizliklərinə biganə yanaşan sürücü və ya sərnişinlərin sol tərəfdən qapını açıb yerə düşərkən diqqətsizliyə yol vermələri və ona görə də ağır qəzaların qurbanlarına çevrilmələridir.

Hava və yol şəraitinə, məhdudiyyətli görünməyə, sutkanın işıqlı yaxud qaranlıq olmasına, nəqliyyatın hərəkət şiddətinə əhəmiyyət vermədən bir müddət avtomobili idarə etdikdən sonra yolun hərəkət hissəsində saxlayıb dərhal yerə düşən sürücülər, eləcə də sol tərəfdən avtomobildən düşən sərnişinlər, təəssüf ki, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını hansı təhlükəyə atdıqlarının fərqində olmurlar.

"Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu tələb sürücülərlə yanaşı sərnişinlərə də şamil olunur. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.

Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən insanların ölümü və ya xəsarət alması nəticələnən onlarla yol-nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətinə çatdırır və hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən ehtiyatlı olmağı, qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı