Çe Gevaranın ölümündən 45 il ötür

Çe Gevaranın ölümündən 45 il ötür
Bütün Xəbərlər
08:00 09.10.2012
828
Bu gün Çe Gevaranın ölümündən 45 il ötür. Ernesto Çe Gevara 14 iyun 1928-ci ildə Argentinada dünyaya gəlib. Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzib.O, Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur, onun təsiri ilə marksizmlə maraqlanmağa başlayır. Bir il sonra artıq radikal marksist olan Gevara Fidel Kastro ilə tanış olur, onun inqilabçı «M-26-7» dəstəsinə qoşulur və bu zaman məşhur «Çe» (ispanca «hey!») ləqəbini alır.1956-cı ildə Kubaya ayaq basan 82 inqilabçıdan biri olur. 1967-ci ilin oktyabrında La İqlera kəndi yaxınlığında əsir düşür, oktyabrın 9-da güllələnir. Əlləri kəsilərək Vaşinqtona göndərilir. Cəsədi adsız məzarlıqda dəfn olunur. 1997-ci ildə isə cəsəd Boliviyadan Santa-Klara şəhərinə köçürülür və Çeyə 4 metr hündürlüyündə abidə qoyulur.
OXŞAR XƏBƏRLƏR