E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başlayıb.
AZXEBER.COM xəbər verir ki, portal ölkədə həyata keçirilən iqtisadi islahatlar, biznes mühiti, qiymətləndirmə və əmlak bazarı, sahibkarlıq fəaliyyəti, yerli istehsal və iqtisadi proseslərlə bağlı operativ və analitik informasiyanın ictimaiyyətə çatdırılmasını qarşıya məqsəd qoyub.
E-QİYMƏT.az-ın fəaliyyət istiqamətləri sırasında iqtisadi islahatlara informasiya dəstəyi göstərilməsi, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına töhfə verilməsi, yerli sahibkarlığın və "Made in Azerbaijan” brendinin təbliği, eləcə də iqtisadi və hüquqi məsələlərə dair məlumatların təqdim olunması yer alır.
Portalın təsisçisi və baş redaktoru Azərbaycan Qiymətləndiricilər Palatasının və Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas və əmlak eksperti Hüseyn Talıbovdur.
Yeni media resursu müstəqil informasiya siyasəti həyata keçirərək, iqtisadiyyat və biznes gündəminin müxtəlif istiqamətləri üzrə xəbərlər, ekspert rəyləri və analitik materiallar hazırlayacaq.
E-QİYMƏT.az-ın fəaliyyətində iqtisadi proseslərin, biznes mühitində baş verən yeniliklərin və əmlak bazarındakı dəyişikliklərin obyektiv və peşəkar şəkildə işıqlandırılmasına xüsusi diqqət yetiriləcək.
Günel Hüseynli











































