Əflatun Amaşov Türkiyə Səfirliyinin müşaviri ilə görüşdü

Əflatun Amaşov Türkiyə Səfirliyinin müşaviri ilə görüşdü
MEDİA
16:00 11.04.2012
1599
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyə Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslanla görüşüb. AZXEBER.COM-un məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasındakı çoxtərəfli əməkdaşlığın həm media, həm də mədəniyyət sahələrinə kifayət qədər sirayət etdiyi vurğulanıb. Bildirilib ki, mövcud istiqamətdəki yaxınlığın dərinləşməsi üçün yeni təmaslara ehtiyac var.Tərəflər bu baxımdan Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qərara alınıb ki, həmin məqsədlə aprelin 15-dən mayın 15-dək Azərbaycan jurnalistləri arasında "Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq" mövzusunda yaradıcılıq müsabiqəsi keçirilsin. Müsabiqədə ən yaxşı nəticə göstərəcək 7 yazı müəllifinin Türkiyənin müxtəlif görməli yerlərinə, eləcə də tarixi bölgələrinə tanışlıq səfəri təşkil olunsun.
OXŞAR XƏBƏRLƏR