Son 15 ilin ən soyuq qışını yaşayan Əfqanıstanda 41 nəfər donaraq ölüb.
Ölənlərdən 24-nün Kabuulda müharibədən zərər çəkənlərin qaldığı düşərgədən olması humanitar yardım təşkilatlarını hərəkətə keçirib. Düşərgələrdə qalanlara yemək və yanacaq yardımı edilib.
4-ü uşaq olmaqla 41 nəfərin ölümünə səbəb olan soyuq hava səbəbilə səyyar xəstəxanalar qurulub.
Əlverişsiz hava şərtləri səbəbilə Kabulda bir çox yerlərdə elektrik enerjisi kəsilib.