Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti elan edilib

Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti elan edilib
DÜNYA
06:13 30.01.2025
412
Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.

Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını, parlamentin, ölkəni 60 ildən artıq idarə edən Ərəb Sosialist İntibah Partiyasının, eləcə də keçmiş prezident Bəşər Əsədin sədrlik etdiyi Milli Tərəqqi Cəbhəsinin bütün partiyalarının buraxıldığını elan edib.

Bununla yanaşı, dekabrın 8-i "Böyük Suriya inqilabının qələbəsi” şərəfinə milli bayram elan edilib.

Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan "Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı