Əhməd Şəfəq Anar Yusifoğlunun şeirinə mahnı bəstələdi

MƏDƏNİYYƏT
20:41 04.07.2012
1508
Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin “Fərqimiz olsun” adlı yeni albomu işıq üzü görüb. Sənətçi lent. az-a açıqlamasında bu diskin 10-cu albomu olduğunu bildirib: “Bundan əvvəlki albomum iki il əvvəl çıxmışdı. Lakin pərəstişkarlarım məndən tez-tez yeni albom istəyirdilər. Bu albomda 11 mahnı var. Mahnılardan 5-də Azərbaycandan izlər var. Bütün türk dünyasının sevə-sevə oxuduğu “Əziz dostum” mahnısını da alboma daxil etmişəm”. Əhməd Şəfəq deyib ki, yeni albomda xalq şair və millət vəkili Sabir Rüstəmxanlının “Yaşını demə” adlı şeirinə bəstələdiyi mahnı da yer alıb: “ Ötən il Heydər Əliyev Sarayındakı konsertimdə sözləri Azərbaycan millət vəkili Qənirə Paşayevaya aid olan “Sənə əlvida dedim” mahnısını oxumuşdum. Həmin mahnı da albomda var”.

OXŞAR XƏBƏRLƏR