Əhmədbəyli-Füzuli-Şuşa yolunda hərəkətin qiymətləri açıqlanıb - VİDEO

Əhmədbəyli-Füzuli-Şuşa yolunda hərəkətin qiymətləri açıqlanıb - VİDEO
SOSİAL
23:07 01.06.2026
545
Əhmədbəyli-Füzuli-Şuşa ödənişli avtomobil yolunda hərəkətin qiymətləri açıqlanıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Tarif Şurasının qərarı ilə bu marşrut üzrə nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun gediş haqları təsdiqlənib. Ödənişlər ƏDV daxil olmaqla hesablanıb və bütün yol üzrə minik avtomobilləri üçün 6 manat 99 qəpik müəyyən edilib.

Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, tariflər yalnız minik avtomobillərinə deyil, yük avtomobilləri, avtobuslar, motosikletlər və qoşqulu nəqliyyat vasitələrinə də şamil olunur.

Motosikletlər üçün isə bu yolda hər kilometrə görə 4,65 qəpik ödənəcək. Yeni tariflər tətbiq edilsə də, bu marşrutdan istifadə sürücülərin seçiminə bağlıdır. Çünki Şuşa istiqamətində ödənişsiz alternativ yol da mövcuddur.

Beləliklə, Şuşa istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün ödənişli yol və ödənişsiz alternativ marşrut mövcuddur. Sürücülər bu imkanlardan öz seçimlərinə uyğun şəkildə istifadə edə bilirlər.

OXŞAR XƏBƏRLƏR