Ekspertlər açıqladı: Fiziki cəza məktəb uğurlarını azaldır

Ekspertlər açıqladı: Fiziki cəza məktəb uğurlarını azaldır
SOSİAL
12:29 12.06.2026
206
Böyük Britaniyada aparılan yeni araşdırma uşaqlara tətbiq olunan fiziki cəzanın uzunmüddətli mənfi nəticələrə səbəb olduğunu ortaya qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nəticələrə görə, fiziki cəzaya məruz qalan uşaqların gələcəkdə davranış problemləri göstərmə və akademik uğursuzluq yaşama ehtimalı daha yüksəkdir.

 Tədqiqat çərçivəsində təxminən 19 min uşağın məlumatları təhlil olunub.

Mütəxəssislər müəyyən ediblər ki, fiziki cəza uşaqların məktəb nailiyyətlərinə mənfi təsir göstərməklə yanaşı, onların aqressiv və zorakılığa meylli davranışlar nümayiş etdirmə riskini də artırır.

Araşdırma müəllifləri bildiriblər ki, uşaqların tərbiyəsində zorakılıq üsullarından istifadə onların emosional və sosial inkişafına zərər vurur. Ekspertlər valideynlərə və qayğı göstərən şəxslərə daha müsbət və konstruktiv tərbiyə metodlarından istifadə etməyi tövsiyə edirlər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR