Ekstrasens Almaz qəzada ölən 22 yaşlı bacısı oğlundan danışdı - SON YAZIŞMALARI

MAQAZİN
15:37 23.12.2019
3360
Xəbər verdiyimiz kimi, ötən gün qəza törədən ekstrasens Almaz Yolçiyevin bacısı oğlu dünyasını dəyişib.
 
Almaz hadisə ilə AZXEBER.COM-a danışıb.
 
O deyib ki, hadisə Hacıqabulun Atbulaq kəndi ərazisində, dekabrın 21-də baş verib.:
 
"Hadisədən bir gün əvvəl mən rayona qohumlarımın yanına gedirdim. Fuad yazdı ki, xala bizi niyə aparmısan. Qayıdıb onları götürdüm. Qapıdan çıxanda qızıma dedi ki, gəl bir şəkil çəkdirək. Elə bil ölümü ürəyinə danmışdı. 22 yaşı var idi, Bakıya işləməyə gəlmişdi. Deyirdi yanvardan işə başlayacam, rayondakıları görə bilməyəcəm."
 
Almaz qəzanın baş vermə səbəbi haqda da danışıb: "Qarşımıza birdən maşın çıxdı. Onu vurmayım deyə öz maşınımı sağa çəkdim. Həmin an maşın yararsız hala düşdü. Maşından bizim sağ çıxmağımız bir möcüzə oldu. Görənlər inanmırdı ki, biz o maşından necə sağ çıxmışıq. Mərhum qabağda oturmuşdu, arxada qızlarım. Allah bir möcüzə etdi. Biz sağ qaldıq. Dünəndən özümə gələ bilmirəm, şokdan hələ də ayılmamışam".
 
Almaz dünyasını dəyişən 22 yaşlı bacısı oğlu ilə son yazışmasını da AZXEBER.COM-a təqdim edib:
 
Nazim Qasımzadə
 

OXŞAR XƏBƏRLƏR