Elçin konsert öncəsi mətbuat nümayəndələri ilə görüşdü - VİDEO

Elçin konsert öncəsi mətbuat nümayəndələri ilə görüşdü - VİDEO
MAQAZİN
21:01 08.05.2026
293
Xəbər verdiyimiz kimi, sevilən müğənni Elçin Cəfərov 29 may tarixində Heydər Əliyev Sarayında ilk solo konserti ilə çıxış edəcək. Konsert öncəsi mətbuat nümayəndələri ilə görüşən sənətçi onların suallarını cavablandırıb.

Sənətçi AZXEBER.COM-a açıqlamasında konsertdə tamaşaçıları nələrin gözlədiyindən danışıb:


"Konsertin tarixini xüsusi olaraq seçməmişəm. Əgər belə etsəydim, 18 oktyabrı seçərdim. Çünki həmin gün həm mənim doğum günümdür, həm də Müstəqilliyimizin Bərpası Günüdür. Amma təsadüf elə gətirdi ki, konsert 28 May - Müstəqillik Günündən sonrakı istirahət günlərinə təsadüf etdi. Konsertdə duetlər də olacaq, amma hələlik ad açıqlamaq istəmirəm. Mən uzun müddət sənətdən uzaq qalmışdım. Buna baxmayaraq, şükür ki, tamaşaçılar məni unutmayıb. İnsan bəzən düşünür ki, gündəmdə deyilsə, artıq yaddan çıxıb. Amma sevinirəm ki, belə olmadı”.

Azad olunmuş torpaqlarda - Laçın şəhərində ilk klip çəkən müğənni gələcək konsert planlarından da söz açıb:

"Böyük məmnuniyyətlə həmin torpaqlarda konsert vermək istəyərdim. Vətən müharibəsindən qısa müddət əvvəl Tovuz hadisələri başlayanda "Millətəm" mahnısını ərsəyə gətirdim. Çox istəyirdim ki, layihədə ölkənin bütün kişi sənətçiləri iştirak etsin, amma təəssüf ki, yalnız 10 nəfəri bir araya gətirə bildik. İlk dəfə etiraf edirəm ki, müharibə zamanı ordu sıralarına yazılmışdım. O vaxt bunun ictimailəşdirilməsini istəmədim. Bütün Vətən sevgimi, hisslərimi və yaşadıqlarımı bir musiqidə cəmləyərək ‘Millətəm’i yazdım. Təkcə Laçında deyil, hansı şəhərdə mənə şərait yaradılsa, orada təmənnasız konsert verməyə hazıram”.


Konsert öncəsi ölkənin tanınmış Xalq artistləri Aygün Kazımova və Röya Ayxan ilə duetlərə imza atan Elçin "Can” mahnısının uğurundan da danışıb:

"Hər iki mahnımız çox sevildi və uğurlu alındı. Amma etiraf etməliyəm ki, "Can" mahnısının uğurunu danmaq olmaz. Həmin mahnıda çox böyük hisslər var idi. Onu ifa edərkən özümü çox güclü hiss edirdim. Sanki arxamda böyük bir ordu dayanmışdı. Həqiqətən də Allah bir insanın yolunu açanda, o işıq onun üzərinə düşür. Mən də həmin hissi yaşadım. Sanki bu mahnı yaranmalı və məhz bu yerdə qərarlaşmalı idi”.

Sənətçi "Can” mahnısının oğlu Canla əlaqəli olub-olmamasına da aydınlıq gətirib:


"Mahnının oğlumla birbaşa əlaqəsi yoxdur. Bəstə artıq yazılmışdı və adı da "Nə gözəlsən" idi. Mən onu ifa edəndə "Can" sözünü o qədər ürəklə dedim ki, həmin an oğlum yadıma düşdü. Bəlkə də mahnının uğurunun sirri elə bundadır. Ya da bu, oğlumun uğurudur ki, mənim payıma düşüb”.
 
Daha ətraflı videomaterialda:
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək